«Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında ticarət-iqtisadi və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 6 mart tarixli 2708 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

 Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. "Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında ticarət-iqtisadi və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 6 mart tarixli 2708 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, ¹ 3, maddə 203; 2009, ¹ 7, maddə 589) 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

1.1. "Elmar Qasımov - Azərbaycan Respublikası təhsil nazirinin müavini" sözləri "Qulu Novruzov - Azərbaycan Respublikası təhsil nazirinin müavini" sözləri ilə və "Elman Zeynalov - Azərbaycan Respublikasının Bolqarıstan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri" sözləri "Emil Kərimov - Azərbaycan Respublikasının Bolqarıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri" sözləri ilə əvəz edilsin;

1.2. "İlqar Fətizadə - Azərbaycan Respublikası maliyyə nazirinin birinci müavini" sözlərindən sonra "Nazim Səmədov - Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini" sözləri və "Səfər Mehdiyev - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini" sözlərindən sonra "Qüdrət Qurbanov - Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının rəisi" sözləri əlavə edilsin;

1.3. "Teymur Mehdiyev - Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini" sözləri çıxarılsın.

2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu sərəncamın 1-ci hissəsində göstərilən Müştərək Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibi barədə Bolqarıstan Respublikası tərəfinə bildiriş göndərsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 8 fevral 2012-ci il

 

Azərbaycan.- 2012.-14 fevral.- S.  2.