Türkiyədə «İlham Əliyev: Azərbaycan Prezidentinin portreti» kitabı türk dilində çapdan çıxmışdır

 

Yazıçı, Milli Məclisin deputatı Hüseynbala Mirələmovun və Viktor Andrianovun "İlham Əliyev: Azərbaycan Prezidentinin portreti" kitabı türk dilində çap olunmuşdur.

Kitabın türk dilinə tərcümə edilməsi və çap olunması  Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırovun dəstəyi ilə həyata keçirilmişdir.

Səfir F.Bağırov bildirmişdir ki, 2007-ci ildə Rusiyada çap olunmuş bu kitab böyük oxucu kütləsi tərəfindən maraqla qarşılandığı üçün  türk dilinə də tərcümə edilmişdir. Keçən ilin dekabrında Ankarada çap  olunanAzad Ağaoğlunun tərcümə etdiyi bu əsər Türkiyədə Azərbaycan Prezidenti İlham Əliyevin həyat və fəaliyyətindən bəhs edən ilk kitabdır.

Səfirlik dövlətimizin başçısının 50 illik yubileyi münasibətilə qardaş ölkənin ictimaiyyətinə tarixi faktlarla zəngin bu əsərin təqdim edilməsindən məmnunluq duymuşdur.

 

 

Oqtay BAYRAMOV,

AzərTAc-ın xüsusi müxbiri

Ankara

 

Azərbaycan.- 2012.-14 fevral.- S.  8.