Mixeil Saakaşvili: Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstan üçün tarixi şəxsiyyətdir

 

Fevralın 16-da Gürcüstan Prezidenti Mixeil Saakaşvili Tbilisidə keçirilən üçtərəfli biznes forumda iştirak edən Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayevi və Türkiyənin iqtisadiyyat naziri Zəfər Çağlayanı qəbul etmişdir.

AzərTAc xəbər verir ki, Gürcüstan Prezidenti Mixeil Saakaşvili Azərbaycanın regional əməkdaşlığın inkişafında xüsusi rolunu qeyd etmiş, Gürcüstan-Azərbaycan əlaqələrini yüksək qiymətləndirmiş, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstan üçün tarixi şəxsiyyət olduğunu vurğulamışdır.

Görüşdə iqtisadi əlaqələrin daha da genişləndirilməsi perspektivləri müzakirə olunmuşdur.

 

 

Azərbaycan.- 2012.-18 fevral.- S.  1.