Azərbaycan Respublikası Veteranlar Şurasının bir qrup üzvünün «Şöhrət» ordeni ilə təltif edilməsi haqqında

 

 Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycanın ictimai həyatında fəal iştirakına və gənclərin vətənpərvərlik tərbiyəsindəki xidmətlərinə görə Azərbaycan Respublikası Veteranlar Şurasının aşağıdakı üzvləri "Şöhrət" ordeni ilə təltif edilsinlər:

 

Həsənov Çingiz Kərim oğlu

Hüseynov Bahadur Məmmədqulu oğlu

Qritçenko Aleksandr Aleksandroviç

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 21 fevral 2012-ci il

 

Azərbaycan.- 2012.- 22 fevral.- S.  1.