Azərbaycan Prezidenti İlham Əliyev Avstraliyanın xarici işlər naziri Kevin Rud ilə görüşmüşdür

 

Fevralın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Münxendə Avstraliyanın xarici işlər naziri Kevin Rud ilə görüşmüşdür.

Görüşdə Avstraliyanın xarici işlər naziri Kevin Rud ölkəsinin Azərbaycan ilə əlaqələrin müxtəlif sahələrdə inkişafında maraqlı olduğunu bildirdi, Azərbaycanın BMT Təhlükəsizlik Şurasının üzvü seçilməsindən məmnunluğunu ifadə etdi.

Prezident İlham Əliyev Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsinin dünyanın əksər dövlətlərinin ölkəmizə dəstəyinin nümunəsi olduğunu dedi.

Dövlət başçısı əlaqələrin bundan sonra da genişlənəcəyinə əminliyini bildirdi.

Görüşdə ikitərəfli münasibətlər, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikir mübadiləsi aparıldı.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 4 fevral.- S.  1.