Nazirlər Kabineti yeni qərarlar qəbul etmişdir

 

Nazirlər Kabineti  yeni qərarlar qəbul etmişdir.

"Elektroenergetika haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2011-ci il 15 noyabr tarixli 234-IVQD nömrəli qanununun tətbiqi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 22 dekabr tarixli sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Nazirlər Kabineti özünün 2005-ci il 2 fevral tarixli qərarı ilə təsdiq edilmiş "Elektrik enerjisindən istifadə Qaydaları"nda dəyişikliklər edilməsi barədə qərar qəbul etmişdir.

"Qaz təchizatı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2011-ci il 15 noyabr tarixli 235-IVQD nömrəli qanununun tətbiqi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 22 dekabr tarixli sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Nazirlər Kabineti  özünün 2011-ci il 12 may tarixli qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə Qaydaları"nda dəyişikliklər edilməsi barədə qərar qəbul etmişdir.

Hər iki qərar fevralın 17-dən - imzalandığı gündən qüvvəyə minmişdir.

"Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2011-ci il 15 noyabr tarixli 245-IVQD nömrəli qanununun tətbiqi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 22 dekabr tarixli  sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Nazirlər Kabineti "Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamənin və Nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi və girov qoyulması qaydasının təsdiq edilməsi barədə" özünün 1999-cu il 15 mart tarixli qərarında dəyişiklik edilməsi haqqında qərar qəbul etmişdir.

Bu qərar fevralın 21-dən - imzalandığı gündən qüvvəyə minmişdir.

"İcbari sığortalar haqqında" Azərbaycan Respublikasının 2011-ci il 24 iyun tarixli 165-IVQ nömrəli qanununun tətbiqi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 sentyabr tarixli fərmanının 1.5-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Nazirlər Kabineti "Ünvanlı dövlət sosial yardımı almaq hüququna malik olan aztəminatlı ailələrə məxsus yaşayış evlərinin və mənzillərin icbari sığortası üzrə sığorta haqlarının dövlət büdcəsinin vəsaitləri hesabına ödənilməsi Qaydası"nın təsdiq edilməsi barədə qərar qəbul etmişdir.

Bu qərar fevralın 24-dən  - imzalandığı gündən qüvvəyə minmişdir.

Nazirlər Kabinetinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, bu qərarların tam mətni ilə Nazirlər Kabinetinin www.cabmin.gov.az ünvanlı internet saytında və Azərbaycan Respublikasının Qanunvericilik Toplusunda, həmçinin AzərTAc-ın www.azertag.com internet resursunda tanış olmaq mümkündür.

 

 

Azərbaycan.- 2012.-25 fevral.- S.  3.