Şəhidlərin xatirəsinə ehtiram

 

 Azərbaycan Respublikasında rəsmi səfərdə olan Avropa İttifaqı Şurasının prezidenti Herman Van Rompuy iyulun 5-də Şəhidlər xiyabanını ziyarət etmişdir.

Burada hörmətli qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Avropa İttifaqı Şurasının prezidenti Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət etdi.

Herman Van Rompuy "Əbədi məşəl" abidəsinin önünə əklil qoydu.

Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında Avropa İttifaqının himni və Azərbaycanın dövlət himni səsləndi.

Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən ali qonağa Şəhidlər xiyabanının tarixi və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə ətraflı məlumat verildi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 6 iyul.- S. 3.