B.Ə.Nəzərova Əməkdar jurnalist fəxri adının verilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycanda mətbuat sahəsində səmərəli fəaliyyətinə görə  Bəhruz Əlövsət oğlu Nəzərova  "Əməkdar jurnalist" fəxri adı verilsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 6 iyul 2012-ci il

 

Azərbaycan.- 2012.- 7 iyul.- S. 1.