Şəhidlərin xatirəsinə ehtiram

 

Azərbaycanda rəsmi səfərdə olan Rusiya Federasiyası Dövlət Dumasının sədri Sergey Narışkinin başçılıq etdiyi nümayəndə heyəti iyulun 9-da Şəhidlər xiyabanına gələrək ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsinə ehtiramını bildirmiş, "Əbədi məşəl" abidəsinin önünə əklil qoymuşdur.

Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonağa şəhərimizdə aparılan abadlıq-quruculuq işləri barədə ətraflı məlumat verilmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 10 iyul.- S. 3.