Aleksandros Koronakis: Mən Azərbaycanda çox zəngin mədəniyyətin şahidi oldum

 

"Mən Azərbaycanda çox zəngin mədəniyyətin şahidi oldum. Bu mənim Bakıya ilk səfərimdir. Şəhəriniz çox gözəldir. İnsanlar olduqca mehriban, qonaqpərvərdirlər". Bu sözləri AzərTAc-a məxsusi müsahibəsində "NewEurope" qəzetinin direktoru Aleksandros Koronakis demişdir.

Krans Montana Forumunun yüksək səviyyədə təşkil edildiyini deyən A.Koronakis Azərbaycanın regionda sabitliyin təmin olunmasında çox vacib rol oynadığını vurğulamışdır.

A.Koronakis demişdir: "Bu mənim Krans Montana Forumunda ilk iştirakımdır. Forum çox yüksək səviyyədə təşkil olunmuşdur. Bu cür forumların keçirilməsi, yüksək səviyyəli dialoqların, müzakirələrin aparılması yeni tərəfdaşlıqların qurulmasına yol açır. Forum çərçivəsində gənclərin liderliyi mövzusunun müzakirə edilməsi isə çox əhəmiyyətlidir. Gənclər dünyaya necə inteqrasiya etmək barədə fikirlərini bölüşürlər. Belə müzakirələr təbii ki, müasir dünyamızda çox vacibdir".

 

 

Azərbaycan.- 2012.- 1 iyul.- S. 7.