Azərbaycan Prezidenti İlham Əliyevin göstərişinə əsasən, Rusiyanın Krasnodar diyarında təbii fəlakətdən zərər çəkənlərə növbəti humanitar yardım göndərilmişdir

 

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişinə əsasən, Fövqəladə Hallar Nazirliyi (FHN) Rusiya Federasiyasının Krasnodar diyarında təbii fəlakətdən zərər çəkmiş insanlara növbəti yardım göndərmişdir.

51 nəfər şəxsi heyətdən, 22 avtomobildən ibarət olan yardım karvanı iyulun 10-da günorta  saatlarında Bakıdan Rusiyaya yola düşmüşdür.

FHN-in Mülki Müdafiə Qoşunlarının komandanı, general-mayor İlham Abdullayev bildirmişdir ki, humanitar yardım əsasən içməli su, uşaqlar üçün gigiyenik paketlər, geyim əşyalarından ibarətdir. Avtomobil karvanı iyulun 11-də təbii fəlakət zonasına çatacaqdır.

Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, 38 nəfər şəxsi heyətdən, 22 avtomobildən ibarət birinci yardım karvanı Bakıdan Rusiyaya iyulun 8-də yola salınmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 11 iyul.- S. 6.