Ümumrusiya Azərbaycan Konqresi Krasnodar diyarında zərərçəkənlərə humanitar yardım məntəqəsi təşkil etmişdir

 

Ümumrusiya Azərbaycan Konqresindən (ÜAK) AzərTAc-a bildirmişlər ki, ÜAK Mərkəzi Şurası Krasnodar diyarında 170-dək adamın həyatına son qoyan daşqın nəticəsində yüzlərlə insanın evsiz-eşiksiz, çətin vəziyyətdə qalması ilə əlaqədar bu hüznlü və ağır günlərdə həmvətənlərimizi zərərçəkənlərə gündəlik tələbat malları göndərməklə yardım etməyə çağırır. Zərərçəkənlərə yardım məntəqəsi ÜAK-ın Moskva regional bölməsinin yerləşdiyi "Baku" kinokonsert zalında təşkil edilmişdir.

Konqres əmin olduğunu bildirmişdir ki, Rusiyanın Azərbaycan diasporunun Krasnodar diyarında təbii fəlakətdən əziyyət çəkənlərə əlindən gələn köməyi etməsi ümumi bəlaya davam gətirməyə kömək edəcəkdir.

Konqresin həmvətənlərə müraciəti bütün regional bölmələrə göndərilmişdir.

 

 

Asya HACIZADƏ

 

Azərbaycan.- 2012.- 11 iyul.- S. 6.