Bakıda keçirilən Krans Montana Forumu çox böyük məna kəsb edir

 

 Bakıda keçirilən Krans Montana Forumu çox böyük məna kəsb edir.

AzərTAc xəbər verir ki, bu sözləri Bakıda keçirilən Krans Montana Forumunun iştirakçısı, ATƏT nümayəndəsi Paskal Heyman demişdir.

Paskal Heyman forumda enerji siyasəti və təhlükəsizliyi, həmçinin digər aktual məsələlərlə bağlı müzakirələr aparıldığını bildirərək demişdir: "Enerji siyasəti və təhlükəsizliyi vacib məsələdir. Forumda bu vacibaktual məsələlərlə bağlı geniş fikir mübadiləsi aparmaq imkanı qazanırıq. Mən Azərbaycanda bir neçə dəfə olmuşam. Azərbaycan maraqlı və gözəldir. Hər dəfə buradan vətənimə döndükdən sonra yenə də Azərbaycana qayıtmaq istəyirəm".

 

 

Azərbaycan.- 2012.- 1 iyul.- S. 7.