Tacikistan Prezidenti Emoməli Rəhmon Azərbaycana rəsmi səfərə gəlmişdir

 

 Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon iyulun 11-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlmişdir.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Tacikistan dövlətinin başçısını hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşıladılar.

Sonra Beynəlxalq Aeroportun ali qonaqlar üçün salonunda Emoməli Rəhmon və Yaqub Eyyubov arasında qısa protokol söhbəti oldu.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 12 iyul.- S. 8.