Forum zamanı Azərbaycandakı dinamik inkişaf barədə də məlumat aldıq

 

Forum zamanı Azərbaycandakı dinamik inkişaf barədə də məlumat aldıq.

AzərTAc xəbər verir ki, bu sözləri Bakıda keçirilən Krans Montana Forumunun iştirakçısı, Fransanın Sorbonna Universitetinin professoru Jan Dupra demişdir.

Jan Dupra Krans Montana Forumunun çox maraqlı olduğunu bildirmişdir. O demişdir: "Forum çərçivəsində müxtəlif ölkələrin nümayəndələri ilə müzakirələr apara bilirik. Forum zamanı Azərbaycandakı dinamik inkişaf barədə məlumat aldıq. Təqdirə layiqdir ki, ölkənizin inkişafı bütün sahələri əhatə edir. Neft sektoru ilə yanaşı, qeyri-neft sektorunun inkişafı sübut edir ki, Azərbaycan  uğurlu strateji kurs seçmişdir".

 

 

Azərbaycan.- 2012.- 1 iyul.- S. 7.