Prezident Abdullah Gül Türkiyə ilə Azərbaycan arasında imzalanmış iki sənədi təsdiq etmişdir

 

İyulun 12-də Prezident Abdullah Gül Türkiyə ilə Azərbaycan arasında imzalanmış iki sənədi təsdiq etmişdir.

Türkiyə Prezidentinin mətbuat xidmətinin məlumatına görə, Prezident Abdullah Gül "Türkiyə Respublikası Hökuməti ilə Azərbaycan Respublikası Hökuməti arasında Azərbaycan Respublikası mənşəli və Azərbaycan Respublikasından tranzit keçən təbii qazın Türkiyə Respublikası ərazisindən nəqli üçün boru xəttinin inkişafı haqqında ilkin razılaşmanın təsdiq olunmasına dair 6342 saylı qanun"u və "Türkiyə Respublikası Hökuməti ilə Azərbaycan Respublikası Hökuməti arasında Türkiyə Respublikasına təbii qaz satışına və Azərbaycan Respublikası mənşəli təbii qazın Türkiyə Respublikası ərazisindən tranzit nəqlinə və  təbii qazın Türkiyə Respublikası ərazisindən daşınması üçün boru xəttinin inkişafı haqqında Sazişin təsdiq olunmasına dair 6349 saylı qanun"u  təsdiq etmişdir.

İmzalanmış qanunlar "Rəsmi qəzet"də dərc olunmuşdur.

 

 

Oqtay BAYRAMOV

 

Azərbaycan.- 2012.- 13 iyul.- S. 6.