Siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır

 

 Ölkə Prezidenti bu sözləri Nazirlər Kabinetinin 2012-ci ilin birinci yarısının yekunlarına həsr olunmuş iclasında deyib

 

İlin ötən 6 ayında Azərbaycanda ümumi daxili məhsul 1,5 faiz artıb. Əgər burada bir faizin təxminən 700 milyon dollara bərabər olduğu nəzərə alınsa, deməli, iqtisadiyyatımızda keçən ilin müvafiq dövrünə nisbətən artım 1 milyard dollar dəyərində təşkil edib.

Ölkədə iqtisadi siyasətin əsas istiqaməti olan qeyri-neft sektorunun inkişafı dinamikdir. Bu sahədə artım 11,3 faiz olub. Ümumiyyətlə, makroiqtisadi vəziyyət sabitdir. İnflyasiya cəmi 2,2 faiz təşkil edir. Bu isə vəziyyətin məhz sabit davam edəcəyinə zəmanət verir. Ölkə Prezidenti İlham Əliyev ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasda bu barədə belə demişdir: "Əminəm ki, makroiqtisadi vəziyyət ilin sonuna qədər sabit olaraq qalacaqdır. Çünki altı ayda inflyasiyanın cəmi 2,2 faiz səviyyəsində olması belə deməyə əsas verir. Əlbəttə, bu, çox müsbət göstəricidir. Qeyd etdiyim kimi, əhalinin pul gəlirləri inflyasiyanı 10 faizdən çox üstələyir. Şübhəsiz ki, bu dinamikabu göstəricilər hər bir vətəndaşın həyatında, onun maddi rifahında öz izlərini buraxmalıdır".

Ölkə başçısı dövlətin yeritdiyi uğurlu iqtisadi siyasətin və əldə olunan nəticələrin insanların rifahına yönəldildiyini bir daha vurğulayıb: "Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır". Bunun başlıca məqsəd olduğu əməli işlərlə, konkret tədbirlərlə təsdiqlənir. Həmin sahədə çoxşaxəli aparılır.

Bu mövzuya toxunaraq Prezident İlham Əliyev ilin ikinci rübündə yenidən təbii fəlakətlə üzləşdiyimizi xatırladıb. Belə ki, ölkənin şimal-qərb bölgəsində güclü zəlzələ baş verib. Onun fəsadlarının aradan qaldırılması üçün operativ tədbirlər görülür. Zəlzələdən zərər çəkmiş ərazilərdə qısa müddətdə təzə evlər tikiləcək, sosial infrastruktur yeniləşdiriləcək. Dünyada çox nadir hallarda dövlət belə ağır texniki və maliyyə yükünü tamamilə öz üzərinə götürür. Lakin Azərbaycan Prezidenti "Bu bizim siyasətimizin əsas istiqamətlərindən biridir" - deyib. Çünki ölkədə insan, onun rifahı həmişə öndədir.

Yaddaqalan hadisələrdən biri də vətəndaşların sovet dövründən qalan əmanətlərinin qaytarılmasıdır. Əlbəttə ki, Azərbaycan dövləti həmin əmanətlərə görə heç bir məsuliyyət və öhdəlik daşımır. O, müstəqil dövlət kimi öz öhdəliklərini yerinə yetirir. Bununla belə, dövlət yenə də öz siyasətinin sosial xarakterini, sosial ədalət prinsiplərini daha da gücləndirmək üçün həmin vəsaitlərin qaytarılmasına qərar verib.    

Bu sahədə postsovet məkanında ən səmərəli, ədalətli və insanlar üçün məqbul variant həm müddət, həm də məbləğ baxımından məhz Azərbaycanda tətbiq olunub.

Ölkədə ünvanlı sosial yardımların icrası davam edir. 143 min ailə ünvanlı sosial yardım alır. Hər ailəyə verilən vəsait 109 manat həcmindədir.

Bölgələrdə regional inkişaf proqramları uğurla yerinə yetirilir. İlin ilk altı ayında 46 min yeni yeri açılıb. Bunların 37 mini daimi yeridir. Ölkədə yeni-yeni müəssisələrin açılması bu prosesin davam etdiyini göstərir.

Bakının və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının yerinə yetirilməsi nəticəsində paytaxt ətrafında da yeni yerləri açılması məsələsi öz həllini tapır. Qəsəbələrdə fəaliyyət göstərən adamlarına Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə güzəştli kreditlərin verilməsinə başlanıb.

Bunları qeyd etməklə yanaşı, Prezident İlham Əliyev əmək bazarına nəzarətin daha güclü olmasının vacibliyini vurğulayıb. Belə ki, gizli məşğulluq halları mövcuddur. Bu sahədə tam şəffaflıq təmin edilməlidir.

Kənd təsərrüfatının inkişafı, sahibkarlara kömək, istehlak qiymətlərinə nəzarət də nəticə etibarilə insana qayğının təzahürüdür. Dünyada ən çətin maliyyə böhranlarının yaşandığı illərdə də ölkəmizdə manatın məzənnəsi sabit qalıb. Prezident İlham Əliyevin dediyi kimi: "Bizim üçün əsas vəzifə makroiqtisadi sabitliyi saxlamaqdır. Çünki investisiya xərclərimiz, büdcəmiz, sosial ödəmələr artır, əmanətlərin kompensasiyası məsələləri əlavə yükdür. Bütün bunlar inflyasiyaya təkan verə biləcək amillərdir. Amma buna baxmayaraq, inflyasiya çox aşağı səviyyədədir".

Sahibkarlara daim həm siyasi, həm iqtisadi dəstək verilir. Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə onlara milyonlarla manat həcmində kreditlər ayrılır.

Kənd təsərrüfatına göstərilən diqqət insanlar üçün ərzaq bolluğu yaratmaqda müstəsna rol oynayır. Bu sahədə artım 10 faiz təşkil edir. Kənd təsərrüfatı, eyni zamanda, bölgələrdə yaşayan insanların məşğulluq probleminin həllinə imkan verir. Nəzərə almaq lazımdır ki, ölkə əhalisinin yarıya qədəri kənd yerlərində yaşayır.

İstər kənddə, istərsə də şəhərdə insanın yaşayışında su təminatı mühüm əhəmiyyət daşıyır. Bakıda, eləcə də bölgələrdə sukanalizasiya layihələrinin reallaşdırılması həmin yerlərin əhalisinin həyatına müsbət təsir göstərir. Oğuz-Qəbələ-Bakı kəmərinin çəkilişi paytaxtın su təchizatında mühüm dönüş yaradıb. İndi hətta vaxtilə sudan çox əziyyət çəkən Hövsan qəsəbəsi bütün sutka boyu fasiləsiz su alır.

Hazırda ölkənin hər yerində su təchizatını yaxşılaşdırmaq üçün layihələr həyata keçirilir. Kür çayının suyu rayon istiqamətinə yönəldilməklə 7 rayonun su təchizatı xeyli yaxşılaşdırılacaq. Gələn ilin sonuna qədər Hacıqabul, Şirvan, Neftçala, Biləsuvar, Salyan, Sabirabad, Saatlı rayonlarının 111 kəndinə yeni layihələr əsasında təmiz, içməli suyun verilməsi nəzərdə tutulub.

Qazlaşdırma, elektrik enerjisi ilə təchizat sahəsində əsas işlər görülmüş olsa da, ölkə Prezidenti burada 100 faiz təminata nail olmağı tapşırıb.

İnsanların sağlamlığından, rifahından söhbət gedəndə, burada xırda, əhəmiyyətsiz heç bir məsələ ola bilməz. Məhz bu meyardan çıxış edərək ölkə Prezidenti yaşıllıqların salınmasına, yeni ağacların əkilməsinə diqqət yönəltmişdir:  "Bu il iki milyondan artıq ağac əkilmişdir. Əvvəlki dövrdə daha da çox idi. Çünki "Ekologiya ili" çərçivəsində hər yerdə bu proses gedirdi. Ancaq mən "Ekologiya ili" başa çatdıqda demişdim ki, hesab edin ki, "Ekologiya ili" bu gündavam edir, sabah da davam edəcək, hər il bizdə "Ekologiya ili" olmalıdır. Çünki bu, həyatımızdır, sağlamlığımızdır, gələcəyimizdir".

Proses davam edir və Bakı bulvarında görülən işlər buna aydın misaldır. Qarşıda şəhərdə və onun ətrafında olan göllərin təmizlənməsi vəzifəsi durur. Xocasəndəki, Xırdalandakı, Zığdakı göllər, Qanlı göls. təmizlənməlidir.

Məktəblərin təmir edilməsi, uşaq bağçalarının sayının artırılması, onların hamısının yaxşı vəziyyətə gətirilməsi barədə dövlət başçısının göstəriş və tövsiyələri bir daha təsdiqləyir ki, Azərbaycan vətəndaşı, onun rifahı həmişə öndə, diqqət mərkəzində olan məsələdir.

 

 

Flora SADIQLI

 

Azərbaycan.- 2012.- 14 iyul.- S. 6.