Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında Azərbaycan Respublikası Qanununun tətbiqi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

 Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında" Azərbaycan Respublikasının 2012-ci il 22 may tarixli 352-IVQ nömrəli qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

 

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. həmin qanunun pozulmasına görə məsuliyyət növlərinin müəyyən edilməsi ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.3. həmin qanunun 5.4-cü, 6.2-ci, 7.3-cü və 37-ci maddələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini həyata keçirəcək orqan barədə təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.4. üç ay müddətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını təmin etsinbu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.5. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.6. həmin qanunun 11.2-ci maddəsinə uyğun olaraq, həbs yerlərinin Daxili intizam qaydalarını üç ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

1.7. həmin qanunun 20.1-ci maddəsinə uyğun olaraq, tutulmuşya həbs edilmiş şəxslərin yemək və maddi-məişət normalarını üç ay müddətində müəyyən etsinbu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.8. həmin qanunun 22.4-cü maddəsinə uyğun olaraq, tutulmuşya həbs edilmiş şəxslərə tibbipsixoloji yardım göstərilməsi, habelə onların tibb müəssisələrində saxlanılması qaydalarını üç ay müddətində müəyyən etsinbu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.9. həmin qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin etsinbu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

3. "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 29.1-ci və 30.1-ci maddələrində nəzərdə tutulmuş məsələlərin tənzimlənməsi məqsədi ilə bu fərmanın 1.7-ci bəndinə əsasən, müəyyən ediləcək normalarda hamilə qadınlar, yanında 3 yaşınadək uşağı olan qadınlar və yetkinlik yaşına çatmayanlar üçün yaxşılaşdırılmış maddi-məişət şəraiti və xüsusi yemək normaları da əks olunmalıdır.

4. Müəyyən edilsin ki:

4.1. "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 11.2-ci maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla həyata keçirir;

4.2. həmin qanunun 20.1-ci, 22.4-cü, 29.1-ci və 30.1-ci maddələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;

4.3. həmin qanunun 13.2-ci və 43.1-ci maddələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın, 45.1.3-cü maddəsində isə nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi həyata keçirirlər;

4.4. həmin qanunun 22.10-cu maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi həyata keçirir;

4.5. həmin qanunun 43.3-cü, 43.4-cü, 47.1-ci, 47.3-cü, 47.5-ci və 49.1-ci maddələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini tabeliyində olan istintaq təcridxanalarına münasibətdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi, tabeliyində olan müvəqqəti saxlama yerlərinə münasibətdə isə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti həyata keçirirlər.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 6 iyul 2012-ci il

 

Azərbaycan.- 2012.- 15 iyul.- S. 4.