Gürcüstanın Baş naziri Vano Merabişvili Azərbaycana işgüzar səfərə gəlmişdir

 

Gürcüstanın Baş naziri Vano Merabişvili iyulun 16-da Azərbaycan Respublikasına işgüzar səfərə gəlmişdir.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Gürcüstanın Baş naziri Vano Merabişvilini  Azərbaycan Respublikasının vergilər naziri Fazil Məmmədov və digər rəsmi şəxslər qarşıladılar.

Sonra Beynəlxalq Aeroportun ali qonaqlar üçün salonunda Vano MerabişviliFazil Məmmədov arasında qısa protokol söhbəti oldu.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 17 iyul.- S. 4.