Litvanın xəbər portalında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair məqalə dərc edilmişdir

 

Litvanın aparıcı www.balsas.lt portalında Litva-Azərbaycan Assosiasiyası idarə heyətinin üzvü, litvalı tarixçi Arvidas Banyulisin "A.KaşetaD.Kuodite birlikdə Ermənistanın yox, Azərbaycanın maraqlarını necə müdafiə etdilər" sərlövhəli geniş analitik məqaləsi dərc olunmuşdur.

Diasporla İş üzrə Dövlət Komitəsindən bildirmişlər ki, məqalə Litva Seyminin "Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi barədə qətnamə" ilə bağlı 2012-ci il 10 may tarixli iclasının stenoqramı əsasında yazılmışdır.

Xatırladaq ki, qətnamə layihəsi bir qrup deputatın təşəbbüsü ilə Seymin katibliyində hələ 2010-cu ilin dekabrında qeydiyyatdan keçirilmişdi. Sənədə Seymin 141 üzvündən 75-i imza atmışdı. Cari il mayın 10-da qətnamə qəbul edilmək üçün Seymin plenar iclasının gündəminə salınmışdır. Müzakirələrdən sonra sənəd səsverməyə qoyulmuşdur. Səsvermədə Seymin 68 üzvü iştirak etmişdir. Onlardan 29-u qətnamənin qəbul edilməsinin lehinə, 15-i əleyhinə səs vermiş, 24 deputat isə bitərəf qalmışdır. Beləliklə, sənədin qəbul edilməsi üçün cəmi altı səs çatmamışdır.

Litvalı tarixçinin məqaləsində qətnamə ilə bağlı Litva parlamentində gerçəkləşən siyasi spekulyasiyalar, habelə Ermənistanın Azərbaycana qarşı yürütdüyü təcavüzkar və işğalçı siyasətə Litvada dəstək verən bir sıra deputatların fəaliyyəti kəskin şəkildə pislənmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 18 iyul.- S. 4.