Dövlət Sosial Müdafiə Fondunda kollegiya iclası keçirilmişdir

 

 Dövlət Sosial Müdafiə Fondunda (DSMF) cari ilin birinci yarısının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilmişdir.

Fondun ictimaiyyətlə əlaqələr sektorundan AzərTAc-a bildirmişlər ki, iclası açan DSMF-nin sədri Səlim Müslümov hesabat dövründə Azərbaycanda dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı islahatların tərkib hissəsi kimi sığorta-pensiya sisteminin davamlı inkişafına nail olunması, həmçinin əmək pensiyaçılarının sosial müdafiəsinin gücləndirilməsi tədbirlərinin uğurla davam etdirildiyini bildirmişdir.

İlkin məlumatlara əsasən, 2012-ci ilin yanvar-iyun aylarında Fondun gəlirləri 1 milyard 272,45 milyon manat təşkil etmişdir. Bu da ötən ilin müvafiq dövrünə nisbətən 343 milyon manatya 36,9 faiz  çoxdur.

Diqqətə çatdırılmışdır ki, hesabat dövründə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 2011-ci ilin müvafiq dövrünə nisbətən 15,2 faizya 85,1 milyon manat artaraq 646,7 milyon manat təşkil etmişdir. Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların 59,5 faiziya 385,1 milyon manatı qeyri-büdcə sektorunun payına düşür. Həmin sektorun ödədiyi məcburi dövlət sosial sığorta haqlarının məbləği əvvəlki ilə nisbətən 15,4 faizya 51,3 milyon manat artmış, proqnoz isə 106,7 faiz icra olunmuşdur. Bu dövrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin və torpaq pay mülkiyyətçilərinin sosial sığortaya cəlb edilməsi gücləndirilmişdir. Nəticədə fiziki şəxslər üzrə daxilolmalar 9,5 faiz, torpaq pay mülkiyyətçilərindən daxilolmalar isə 4,4 faiz  artmışdır.

Fondun sədri vurğulamışdır ki, ötən dövrdə büdcədən maliyyələşən təşkilatlar üzrə daxilolmalar 261,7 milyon manat təşkil etmişdir. Həmin təşkilatların ödədiyi məcburi dövlət sosial sığorta haqları əvvəlki ilin müvafiq dövrünə nisbətən 14,8 faizya 33,8 milyon manat artmış,  proqnoz  92,6 faiz icra olunmuşdur: Ümumilikdə, Dövlət Sosial Müdafiə Fondu üzrə məcburi dövlət sosial sığorta haqlarının daxil olması proqnozu 100,8 faiz icra olunmuşbu, pensiya və müavinətlərin vaxtında maliyyələşdirilməsinə imkan vermişdir.

Hesabat dövründə Fondun xərclərinin  1 milyard 198,7 milyon manat olduğunu deyən S. Müslümov əlavə etmişdir ki, ötən dövrdə pensiya və müavinətlərin maliyyələşdirilməsi üçün Fond tərəfindən 1 milyard 177,6 milyon manat vəsait yönəldilmişdir. Bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 290,8 milyon manatya 32,8 faiz  çoxdur. Pensiya xərcləri 2011-ci ilin müvafiq dövrünə nisbətən 33,6 faizya 289,5 milyon manat artaraq 1 milyard 150,5 milyon manat təşkil etmişdir.

Qeyd edilmişdir ki, 2012-ci il yanvarın 1-dən bütün növ əmək pensiyalarının sığorta hissəsinə 7,9 faizlik artım tətbiq olunmuşdur. Bu artım əvvəlki illərdən həyata keçirilən artımlardan fərqli olaraq, böyük kontingenti əhatə etmişdir. Ötən il həyata keçirilən islahat nəticəsində 2011-ci il iyulun 1-nə qədər indeksləşmədən kənarda qalan, 85 manat pensiya almış 482 min nəfərin pensiyası orta hesabla 44 manatya 52 faiz artmış, onların da pensiyasının sığorta hissəsi yaradılmışdır. Hazırda pensiyaçıların 92,2 faizinin pensiyalarının sığorta hissəsi mövcuddur. Bu isə 2011-ci ilondan sonrakı illərin inflyasiya göstəricilərinə uyğun olaraq hər il aparılacaq pensiyaların sığorta hissəsinin artırılması proseslərinin həmin pensiyaçılara şamil olunması deməkdir.

S.Müslümov bildirmişdir ki, cari ilin ilk yarısında əhaliyə 27 milyon manat məbləğində müavinət ödənilmişdir. Dövlət Sosial Müdafiə Fondunun digər xərcləri 21,1 milyon manat təşkil etmişdir ki, bu da 2011-ci ilin müvafiq dövrünün göstəricisindən 0,2 milyon manatya 0,8 faiz azdır.

Sonra Fondun aparatının ayrı-ayrı şöbələrinin müdirləri hesabat dövründə həyata keçirilmiş tədbirlər, mövcud problemlər və qarşıda duran vəzifələrlə bağlı çıxışlar etmişlər. Kollegiya üzvləri məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalara nəzarətin gücləndirilməsi, qeydiyyatdan kənar fəaliyyət göstərən şəxslərin sosial sığortaya cəlb edilməsi və əmək ödənişlərinin leqallaşdırılması istiqamətində digər müvafiq mərkəzi icra hakimiyyəti orqanları ilə birlikdə zəruri tədbirlərin həyata keçirilməsinin vacibliyini xüsusi qeyd etmişlər.

Kollegiya iclasında Fondun yerli orqanlarının 2012-ci ilin ilk yarısındakı fəaliyyəti ətraflı təhlil edilmiş və fəaliyyətlərində nöqsanlara yol verən vəzifəli şəxslər barəsində intizam tənbehi tədbirlərinin görülməsi üçün müvafiq qərarlar qəbul edilmiş, müzakirələr aparılmışdır.

Müzakirələr zamanı məcburi dövlət sosial sığortasının əhatə dairəsinin genişləndirilməsi və bu zəmində vətəndaşların pensiya təminatının daha da təkmilləşdirilməsi, o cümlədən pensiya təyinatının avtomatlaşdırılması istiqamətində görülən tədbirlərin sürətləndirilməsi üçün müvafiq tapşırıqlar verilmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 18 iyul.- S. 5.