Azərbaycan ilə İtaliya arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilmişdir

 

 İyulun 18-də müdafiə naziri general-polkovnik Səfər Əbiyev Azərbaycanda rəsmi səfərdə olan İtaliya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Biacio Abrate ilə görüşmüşdür.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, müstəqillik əldə etdiyi gündən Azərbaycanın Avropa İttifaqı və digər beynəlxalq təşkilatlarla əməkdaşlığa üstünlük verdiyini qeyd edən müdafiə naziri bölgədə hərbi-siyasi vəziyyət və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə maneçilik törədən problemlər barədə qonağı məlumatlandırmışdır.

 Azərbaycan torpaqlarının 20 ilə yaxındır ki, işğal altında qaldığını, bir milyondan artıq soydaşımızın yurd-yuvasından didərgin düşdüyünü vurğulayan nazir S.Əbiyev Ermənistanın yenə də bu təcavüzkar siyasətdən əl çəkmədiyini diqqətə çatdırmışdır. O, belə bir vəziyyətdə Azərbaycan Silahlı Qüvvələrinin daha da gücləndirilməsinin və torpaqlarımızın işğaldan azad olunmasının prioritet təşkil etdiyini bildirmişdir.

Görüş zamanı İtaliya ilə Azərbaycan arasında hərbi əməkdaşlıq məsələləri ətrafında da geniş fikir mübadiləsi aparılmışdır.

 

 

Azərbaycan.- 2012.- 19 iyul.- S. 4.