N.Ə.Babayevə Əməkdar mədəniyyət işçisi fəxri adı verilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

 

Azərbaycan Respublikasında mədəniyyət sahəsində səmərəli fəaliyyətinə görə Nadir Əjdər oğlu Babayevə "Əməkdar mədəniyyət işçisi" fəxri adı verilsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 2 iyul 2012-ci il

 

Azərbaycan.- 2012.- 3 iyul.- S. 2.