Belçikanın Kralı əlahəzrət II Albertə

 

Əlahəzrət!

 

Belçikanın milli bayramı - Kralın andiçmə günü münasibətilə SiziSizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Əminəm ki, Azərbaycan-Belçika münasibətləri, dostluq və əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Belçika xalqına əmin-amanlıq və firavanlıq diləyirəm.

 

 

Hörmətlə,

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 9 iyul 2012-ci il

 

Azərbaycan.- 2012.- 21 iyul.- S. 1.