Qəbələ IV Beynəlxalq Musiqi Festivalının rəsmi açılış mərasimi olmuşdur

 

 İyulun 25-də Qəbələ şəhərindəki "Qafqaz Resorte" otelinin qarşısındakı parkda, açıq səma altında Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən Qəbələ IV Beynəlxalq Musiqi Festivalının rəsmi açılış mərasimi olmuşdur.

AzərTAc xəbər verir ki, mərasimdə festivalın bədii rəhbərlərindən biri, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti Fərhad Bədəlbəyli və Milli Məclisin deputatı Fəttah Heydərov çıxış edərək bu möhtəşəm musiqi bayramında iştirak etmək üçün dünyanın müxtəlif yerlərindən ölkəmizə gəlmiş bütün qonaqları, istedadlı ifaçıları, musiqiçiləri Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nunİSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın adından  salamlamışlar. Bildirmişlər ki, Azərbaycan mədəniyyətinin təbliğinə xidmət edən bu festival həm də ölkəmizin musiqi ənənələrinin dünyada tanıdılması üçün bir vasitədir.

Qeyd edilmişdir ki, Azərbaycan mədəniyyətinin hamisi Mehriban xanım Əliyevanın təşəbbüsü və yaxından köməyi ilə Qəbələdə keçirilən beynəlxalq musiqi festivalı artıq gözəl bir ənənəyə çevrilmişdir. Festivalın Qəbələ səhnəsində dahi Azərbaycan və dünya bəstəkarlarının əsərləri səsləndirilir. Gənc ifaçılarla yanaşı, dünya şöhrətli musiqiçilər də bu səhnəyə çıxırlar. Burada klassikkamera musiqisi, muğamlarımız ifa olunur.

Diqqətə çatdırılmışdır ki, Azərbaycan öz musiqi mədəniyyəti ilə hər zaman fərqlənir. Heydər Əliyev Fondu ölkəmizin musiqi irsinin qorunub saxlanılması və təbliği yolunda bir sıra iri layihələr həyata keçirir.

Sonra Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin və Azərbaycan Dövlət Xor Kapellasının konsertləri olmuşdur. Konsertin birinci hissəsində Ü.Hacıbəylinin "Koroğlu" operasından "Çənlibel" xoru, G.Hendelin "Alliluya", L.Bethovenin piano, xorsimfonik orkestr üçün fantaziya, ikinci hissədə isə C.Rossininin "Sevilya bərbəri" operasından uvertüra və digər əsərlər səsləndirilmişdir.

Xalq artisti Rauf Abdullayevin, Azərbaycan Dövlət Xor Kapellasının bədii rəhbəri və baş dirijoru, xalq artisti, akademiyanın kafedra müdiri, professor Gülbacı İmanovanın və əməkdar incəsənət xadimi Azad Əliyevin dirijorluğu ilə baş tutan konsertlərdə məşhur vokalçılar - xalq artisti Murad Adıgözəlzadənin, Azərbaycan Dövlət Akademik OperaBalet Teatrının solistləri xalq artisti Əvəz Abdullayevin, Səbinə Əsədovanın, Dövlət Akademik OperaBalet Teatrının solisti əməkdar artist Gülnaz İsmayılovanın, Azərbaycan Dövlət OperaBalet Teatrının solisti Fəridə Məmmədovanın, İtaliyanın Pezaro Musiqi Akademiyasının tələbəsi Azər Rzazadənin ifaları mərasimə toplaşmış mindən çox yerlixarici tamaşaçı tərəfindən maraqla qarşılanmışdır.

 

 

Azərbaycan.- 2012.- 26 iyul.- S. 3.