Macarıstanın Baş naziri Viktor Orbanın Azərbaycana rəsmi səfəri başa çatmışdır

 

 Bakıda keçirilən Krans Montana Forumunda iştirak etmək üçün Azərbaycan Respublikasına gəlmiş Macarıstanın Baş naziri Viktor Orbanın səfəri iyulun 1-də başa çatmışdır.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Macarıstan hökuməti başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Macarıstanın Baş naziri Viktor Orbanı hava limanında Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev və digər rəsmi şəxslər yola saldılar.

 

 

Azərbaycan.- 2012.- 3 iyul.- S. 5.