Qana Respublikasının Prezidenti zati-aliləri cənab Con Dramani Mahamaya

 

Hörmətli cənab Prezident!

 

Görkəmli dövlət xadimi, Prezident Con Evans Atta Millsin vəfatı xəbəri məni olduqca kədərləndirdi.

Bu ağır itki ilə əlaqədar Sizə, mərhumun ailəsinə və bütün Qana xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 27 iyul 2012-ci il

 

Azərbaycan.- 2012.- 28 iyul.- S. 1.