Qəbələdə London Royal Filarmonik Orkestrinin konserti yerlixarici ölkə tamaşaçılarının marağına səbəb olmuşdur

 

 Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən Qəbələ IV Beynəlxalq Musiqi Festivalı çərçivəsində iyulun 30-da dünyanın ən məşhur musiqi kollektivlərindən biri olan London Royal Filarmonik Orkestrinin növbəti konserti olmuşdur.

AzərTAc xəbər verir ki, "Viva İtaliya" adlı konsertdə çıxış edən London Royal Filarmonik Orkestrinin solistlərini, eləcə də məşhur italyan vokalçıları Marko Kinqarini (bariton), Françeska Patanenini (soprano), onların azərbaycanlı həmkarları Yusif Eyvazovu (tenor) və Səbinə Əsədovanı (messo-soprano) italiyalı dirijor Klaudio Vandelli müşayiət etmişdir.

İki hissədən ibarət konsertdə J.Bizenin "Karmen" operasından Eskamilionun kupletləri, KarmenXozenin dueti,  U.Cordanonun "Andre Şenye" operasından MadlenAndrenin dueti, P.Maskanyinin "Kənd namusu" operasından Santuzzanın ariyası, A.Ponkyellinin "Cokonda" operasından Cokondanın ariyası, C.Verdinin "Taleyin gücü" operasından Don AlvaroDon Karlonun dueti, "Nabukko" operasına uvertüra, "Aida" operasından Radamesin romansı, C.Rossininin "Soroka vorovka" operasına uvertüra,  F.Çileanın "Adriana Lekuvrör" operasından Şahzadənin ariyası səsləndirilmişdir.

Çıxışlar yerlixarici ölkə tamaşaçılarının böyük marağına səbəb olmuşdur.

London Royal Filarmonik Orkestrinin bədii rəhbəri və baş dirijoru, iki dəfə "Qremmi" və 40-dan çox beynəlxalq mükafatın sahibi olan isveçrəli Şarl Dütuadır.

Orkestrin növbəti konsertləri Şarl Dütuanın dirijorluğu ilə avqustun 3-də və 5-də keçiriləcəkdir.

 

 

Azərbaycan.- 2012.- 31 iyul.- S. 6.