Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Zati-aliləri cənab Prezident!

 

Sizi və Sizin şəxsinizdə dost Azərbaycan xalqını Monqolustan xalqı adından və şəxsən öz adımdan milli bayram - Respublika Günü münasibətilə ürəkdən təbrik edirəm.

Tam əminəm ki, ölkələrimiz arasında ənənəvi dostluq  və əməkdaşlıq münasibətləri bundan sonra da Monqolustan və Azərbaycan xalqlarının rifahı naminə genişlənəcək və inkişaf edəcəkdir.

Zati-aliləri cənab Prezident, Sizə möhkəm cansağlığı və işinizdə uğurlar, dost Azərbaycan xalqına tərəqqi arzulayıram.

 

 

Dərin hörmətlə,

 

Saxiaqiyn ELBEQDORJ,

Monqolustanın Prezidenti

 

Azərbaycan.- 2012.- 1 iyun.- S. 1.