A.M.Hacıyevə Əməkdar mühəndis fəxri adı verilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycanda meliorasiyasu təsərrüfatının inkişafında xidmətlərinə görə Abdulrəhim Mövlud oğlu Hacıyevə "Əməkdar mühəndis" fəxri adı verilsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 4 iyun 2012-ci il

 

Azərbaycan.- 2012.- 5 iyun.- S. 2.