AZPROMO və Andorra Knyazlığının Sahibkarlar Konfederasiyası arasında qarşılıqlı əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanmışdır

 

 İyunun 4-də İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Andorra işgüzar görüşü keçirilmişdir.

AZPROMO-dan AzərTAc-a bildirmişlər ki, tədbirdə Azərbaycan və Andorra tərəfindən rəsmi şəxslərlə yanaşı, bank, turizm, nəqliyyat, logistika, mühəndislik, infrastruktur, ətraf mühit, tullantıların idarəedilməsi və digər sahələrdə fəaliyyət göstərən 30-a yaxın adamı iştirak etmişdir.

İşgüzar görüşdə çıxış edən İqtisadi İnkişaf nazirinin müavini Niyazi Səfərov Azərbaycanın qazandığı sosial-iqtisadi nailiyyətlər barədə məlumat vermişdir. Bildirilmişdir ki, iqtisadiyyatımızın dayanıqlı inkişafı xarici ölkələrin Azərbaycana marağını daha da artırmışdır. Bu gün Azərbaycan xarici sərmayələr üçün cəlbedici və əlverişli ölkə olmaqla yanaşı, həm də investisiya ixracatçısıdır. Yerli şirkətlərin xarici ölkələrdə reallaşdırılan layihələrdə uğurla iştirak etdiyini bildirən Niyazi Səfərov sahibkarlar arasında əlaqələrin genişləndirilməsində işgüzar görüşbiznes forumların əhəmiyyətini vurğulamışdır.

Andorra Knyazlığının xarici işlər naziri Gilbert Saboya Sunye çıxışında Azərbaycana ilk dəfə səfər etdiyini və ölkəmizin dinamik iqtisadi inkişafından məmnun olduğunu vurğulamış, ölkəsində Azərbaycana böyük maraq göstərildiyini bildirmişdir.

AZPROMO-nun vitse-prezidenti Gülşən Rzayeva təqdimatında qurumun fəaliyyəti, eləcə də ölkəmizdə yaradılmış əlverişli biznes mühitiinvestisiya imkanları barədə məlumat vermişdir. Andorra Knyazlığının Sahibkarlar Konfederasiyasının prezidenti Xavier Altimir təmsil etdiyi qurumun fəaliyyəti ilə iştirakçıları tanış etmişdir.

Görüşdə AZPROMO və Andorra Knyazlığının Sahibkarlar Konfederasiyası arasında qarşılıqlı əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanmışdır.

Sonda adamları arasında ikitərəfli görüşlər keçirilmişdir.

 

 

Azərbaycan.- 2012.- 5 iyun.- S. 4.