Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi təkcə Azərbaycanın deyil, bütün Avropanın problemidir

 

"Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi təkcə Azərbaycanın deyil, bütün Avropanın problemidir".

Bu sözləri iyunun 6-da Almaniya Bundestaqının və AŞ PA-nın sabiq üzvü Eduard Lintner demişdir.

E.Lintner vurğulamışdır ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi həll edilmədən Cənubi Qafqaz regionunda sülhün və təhlükəsizliyin təmin olunması mümkün deyildir. Almaniya münaqişənin beynəlxalq hüququn normaları və prinsipləri çərçivəsində həllinin tərəfdarıdır. Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalı və Ermənistanın silahlı qüvvələri birmənalı olaraq işğal edilmiş ərazilərdən çıxarılmalıdır.

E.Lintner Almaniya Bundestaqının qəbul etdiyi Ermənistan işğalçı qüvvələrini Dağlıq Qarabağdan çıxarmağa çağıran qətnaməsini xatırlatmışdır. Vurğulamışdır ki, Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarının azad olunması məsələsi bütün beynəlxalq təşkilatların qəbul etdikləri qətnamələrdə öz əksini tapmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 7 iyun.- S. 7.