Musiqi mədəniyyətimizin parlaq siması

 

Müasir Azərbaycan musiqi mədəniyyətinin ən parlaq, istedadlı nümayəndələrindən biri olan Firəngiz xanım Əlizadə gözəl bəstəkar, virtuoz pianoçu, tələbkar dirijor, dərin düşüncəli nəzəriyyəçi, təcrübəli pedaqoqictimai xadim kimi nəinki öz doğma vətənində, ondan çox-çox uzaqlarda da böyük şöhrət qazanmış bir sənətkardır. O, Azərbaycan musiqi mədəniyyətini dünya miqyasında layiqincə təmsil edən ən görkəmli şəxsiyyətlərdən biridir.

Firəngiz xanımın əsərləri dünya şöhrətli nüfuzlu ifaçılardan İvan Monigettinin, David Qerinqasın, Yo Yo Manın, Evelin Qlenninin, Elzabet Mozerin, Alim Qasımovun və məşhur ansambllardan - Krons Quartet (ABŞ), Die 12 Cellisten der Berliner Philormoniker (Almaniya) və digərlərinin repertuarında öz yerini tutmuşdur. Onun qastrol etdiyi ölkələrin coğrafiyası da çox genişdir: Turin, Berlin, Lösern, Boston, San-Diyeqo, Çikaqo, Los-Anjeles, San-Fransisko, Nyu-York, Sietl, Bazel, Amsterdam, Bern, Roma, Sürix, Vyana, Zaltsburq, Bonn, Lion, Tokio, Pariss.

Bəstəkarın böyük mənəvi və əxlaqi keyfiyyətləri özündə təcəssüm etdirən "İntizar", "Sənin adın Dənizdir", " atlı oğlan", "Boş beşik" və "Stadt-Graniza" baletləri, "Habilsayağı", "Oazis", "Dərviş", "Abşeron" - müxtəlif ifaçılıq tərkibi üçün instrumental kompozisiyaları, "Silk road" konserti, violonçelorkestr üçün konsert "Mərsiyə", böyük simfonik orkestr üçün "İthaf" və s. bu kimi əsərləri mötəbər konsert səhnələrində bu günböyük coşqu ilə səslənir və dünyanın ən nüfuzlu musiqi ifaçılarının repertuarlarını bəzəyir. Firəngiz Əlizadənin minlərlə insanın qəlbini fəth edən və məhz milli mənbələrdən, xalq musiqisinin dərin qatlarından qidalanan müxtəlif janrlarda yazdığı əsərləri artıq dünya musiqi xəzinəsinin sərvətinə çevrilmişdir.

Təsadüfi deyil ki, həm əsərlərinin bir çox xarici ölkələrdə ifa olunması və musiqi kollektivlərinin sifarişi ilə əsər bəstələməsi Firəngiz Əlizadənin həmin ölkələrin "composer in residence" (ölkənin rəsmi bəstəkarı) kimi fəxri tituluna layiq görülməsinə əsas vermişdir.

Firəngiz Əlizadəni "dünyanın ən yaxşı bəstəkarlarından biri" adlandırırlar. Firəngiz xanım həm də çox xoşbəxt bəstəkardır. Firəngiz Əliağa qızı Əlizadə 1947-ci il mayın 28-də Bakıda ziyalı ailəsində anadan olmuşdur. İlk musiqi təhsilini o, Azərbaycan Dövlət Konservatoriyasının nəzdində xüsusi istedadlı uşaqlar üçün orta ixtisas musiqi məktəbində (indiki Bülbül adına orta ixtisas musiqi məktəbi) almışdır.

Firəngiz Əlizadə musiqi təhsilini daha sonra Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında (indiki Bakı Musiqi Akademiyası) bəstəkarlıq və fortepiano ixtisasları üzrə davam etdirir. Həm bəstəkarlıq (1972-ci il, professor Qara Qarayevin sinfi), həm də fortepiano ixtisası üzrə (1970-ci il, professor Urfan Xəlilovun sinfi) konservatoriyanı o, fərqlənmə diplomu ilə bitirir. Tələbəlik illərində dünya şöhrətli bəstəkar, pedaqoq, böyük musiqiçi Qara Qarayevlə sıx sənət ünsiyyətində olması onun həm bir istedadlı bəstəkar, həm də pedaqoq kimi formalaşmasınada böyük rol oynayır. 1972-1974-cü illər ərzində Qara Qarayevin assisenti kimi çalışan Firəngiz Əlizadə artıq 1974-cü ildən Azərbaycan Dövlət Konservatoriyasında müstəqil pedaqoji fəaliyyətlə məşğul olmağa başlayır.

Hələ gənc yaşlarından istedadı, tükənməz gücü və erudisiyası Firəngiz Əlizadəyə müxtəlif müasir musiqi tədbirlərinin keçirilməsinə təkan verir. Müasir musiqinin alovlu təbliğçisi və həvəskarı olan Firəngiz xanım belə tədbirlərin həm təşkilatçısı, həm də iştirakçısı rolunda fəal çıxış edir. Bir pianoçu kimi o, A.Berq, P.Hindemit və XX əsrin digər avanqard bəstəkarlarının müasir əsərlərinin ölkəmizdə tanıdılmasında mühüm rol oynayır, həmçinin Azərbaycan bəstəkarlarının əsərlərinin ilk ifaçısı kimi tanınır. Öz əsərlərinin təqdimatında da o, çox vaxt həm pianoçu, həm də dirijor kimi çıxış edir. İstər xarici ölkə bəstəkarlarının öz doğma vətənində, istərsə də bizim müasir bəstəkarların əsərlərinin xaricdə tanıdılmasında Firəngiz Əlizadə var qüvvəsi ilə çalışır.

Maraqlıdır ki, tez bir zamanda özünü istedadlı və perspektiv bəstəkar kimi tanıdan Firəngiz Əlizadə artıq 1974-cü ildən SSRİ və Azərbaycan Bəstəkarlar İttifaqının üzvü seçilir. Burada onun məsuliyyəti daha da artır və o, 1979-cu ildən Azərbaycan Bəstəkarlar İttifaqının İdarə Heyətinin katibi kimi fəaliyyətini davam etdirir. 2007-ci ildən isə Firəngiz xanım Azərbaycan Bəstəkarlar İttifaqının sədri seçilir və bugünə kimi həmin vəzifədə işini uğurla yerinə yetirir.

Azərbaycan Bəstəkarlar İttfaqının işində əmələ gələn dinamika və fəallıq, şübhəsiz ki, Firəngiz xanım Əlizadənin şəxsiyyəti ilə sıx bağlıdır. Məhz onun gərgin əməyi və təşəbbüsü hesabına Azərbaycan musiqisi Bakının, eləcə də xarici ölkələrin konsert zallarında tez-tez səslənməyə başlamışdır. Həqiqətən, Azərbaycan Bəstəkarlar İttifaqı Firəngiz xanımın fədakar fəaliyyəti nəticəsində yeni mərhələ əldə etmişdir.

Məlumdur ki, XX əsrin sonlarından başlayaraq ölkəmizdə baş verən radikal dəyişikliklər bir çox yaradıcı sənətkar kimi, Firəngiz Əlizadənin də yaradıcılığında yeni üfüqlərin açılmasına təkan verdi.

1992-ci ildə bəstəkara Türkiyə dövləti tərəfindən "Boş beşik" baletinin yaradılması sifariş olunur. Həmin əsər Mersin OperaBalet Teatrının açılışı münasibəti ilə səhnəyə qoyulurböyük uğur qazanır.

Ümumiyyətlə, Firəngiz Əlizadə yaradıcılığın bir neçə sahəsində eyni vaxtda çalışan və müxtəlif istiqamətlərdə də eyni dərəcədə məsuliyyətlə çıxış edən bir insandır. Bəstəkarlıq və ifaçılıq, pedaqojiictimai fəaliyyət, dirijorluqelmi tədqiqat işini bu zərif və incə qadın çox böyük bacarıqla uzlaşdırır və bütün bunların öhdəsindən məharətlə gəlir. Firəngiz Əlizadənin çoxtərəfli fəaliyyətinin bir sahəsi də onun elmi yaradıcılıqla məşğul olmasıdır. O, daima dövrielmi mətbuatda nəşr olunan maraqlı, aktual xarakterli, dərin mənalı məqalələri ilə oxucularını sevindirir. Onun elmi axtarışlarının, apardığı elmi araşdırmalarının nəticəsi 1994-cü ildə sanballı dissertasiya işinin müdafiəsi ilə nəticələnmiş və o, sənətşünaslıq namizədi elmi dərəcəsinə, 1998-ci ildə isə professor adına layiq görülmüşdür.

1997-ci ilədək Mersin OperaBalet Teatrında və Mersin Konservatoriyasında professor vəzifəsində çalışan Firəngiz Əlizadə 1999-cu ildə Almaniyaya, Berlin İncəsənət Akademiyasının ("Akademie der Künste") professoru vəzifəsinə dəvət alır. O, 2007-ci ilə kimi burada bəstəkar, pianoçudirijor kimi fəaliyyət göstərir. Lakin bir fədakar sənətkar kimi onu Vətən, doğma torpaq, milli incəsənət özünə sıx bağladığı üçün o öz bacarığını və istedadını bu yolda sərf etməyi üstün tutur. Firəngiz Əlizadənin Bakıya dönməsi ilə Azərbaycan musiqi həyatında bir canlanma yaranır. Şübhəsiz, öz doğma Vətənində o öz potensial imkanlarını daha da həvəslə həyata keçirir.

Firəngiz Əlizadə bu günöz yaradıcılığı ilə milli mədəniyyətimizi Azərbaycanın hüdudlarından çox-çox uzaqlarda parlaq şəkildə tanıtmaqda davam edir.

Firəngiz Əlizadə respublikanın musiqi-ictimai həyatında önəmli rolu olan görkəmli musiqi xadimidir. O, Heydər Əliyev Fondunun rəhbərliyi ilə keçirilən I və II "Muğam Aləmi" Beynəlxalq Musiqi festivallarının, Azərbaycan Bəstəkarlar İttifaqının layihəsi əsasında Şəkidə və Bakıda keçirilən I və II "İpək yolu" Beynəlxalq Musiqi festivallarının bədii rəhbəri kimi, "Üzeyir dünyası" layihəsinin baş redaktorukoordinatoru kimi səmərəli fəaliyyət göstərir.

Firəngiz xanımın fəal musiqi-ictimai fəaliyyəti Azərbaycan dövləti tərəfindən yüksək qiymətləndirilmiş və o, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (1990), xalq artisti (2000), UNESCO-nun "Sülh artisti" (2007) fəxri adlarına, "Şöhrət" ordeninə (2007) və bir sıra mükafatlara, o cümlədən "Uğur" (2009), "Zirvə" (2011) mükafatlarına layiq görülmüşdür.

Səmimi insan və zərif yumor hissinə malik olan Firəngiz xanım həm də güclü mənəvi dəyərlərə malikdir. Onun məhz insani keyfiyyətləri respublikanın musiqi həyatına daha çox gənc istedadlı bəstəkarların, ifaçıların, musiqişünasların cəlb olunmasına imkan yaradır. Yüksək istedadlı bəstəkar, ifaçı, dərin mütəfəkkir olan Firəngiz Əlizadə həm də maarifçi, mücahiddir və yaradıcılıq potensialı tükənməzdir. Bu tükənməz enerjinin uzunömürlü olacağına isə şübhə yoxdur.

 

 

Rəna MƏMMƏDOVA,

AMEA-nın müxbir üzvü,

sənətşünaslıq doktoru,

professor

 

Azərbaycan.- 2012.- 9 iyun.- S. 6.