A.G.İşeinin Dostluq ordeni ilə təltif edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü  bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan və Rusiya xalqları arasında dostluq əlaqələrinin inkişafındakı xidmətlərinə görə Aleksandr Gennadyeviç İşein "Dostluq" ordeni ilə təltif edilsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 11 iyun 2012-ci il

 

Azərbaycan.- 2012.- 12 iyun.- S. 1.