Kardinal Fernando Filoni: Azərbaycanda nümunəvi tolerantlıq mühiti mövcuddur

 

 Azərbaycanda nümunəvi tolerantlıq mühiti mövcuddur. Bu, çox yaxşıdır. Bir yerdə yan-yana yaşamaq çox vacibdir.

Bu sözləri AzərTAc-a müsahibəsində Roma Papası II İohann Pavelin Azərbaycana səfərinin 10-cu ildönümü münasibətilə Bakıdakı Katolik kilsəsi tərəfindən keçirilmiş mərasimdə iştirak etmək üçün Vatikandan ölkəmizə gəlmiş kardinal Fernando Filoni demişdir.

"II İohann Pavelin Bakıya tarixi səfəri Azərbaycan xalqının yaddaşında yaxşı xatirələrlə qalmışdır. Roma Papasının Bakıya səfərinin 10-cu ildönümü münasibətilə keçirilən mərasimdə iştirak etməklə göstərmək istəyirik ki, biz həqiqətən böyük Azərbaycan ailəsinin üzvüyük", - deyə kardinal qeyd etmişdir.

 

 

Azərbaycan.- 2012.- 12 iyun.- S. 6.