Azərbaycan BMT Təhlükəsizlik Şurasına sədrliyi müddətində beynəlxalq sülhün və təhlükəsizliyin təmin olunması məsələsində uğurlu fəaliyyət göstərib

 

 Son 9 ildə respublikaya inamla rəhbərlik edən cənab İlham Əliyev ulu öndərin böyük uzaqgörənliklə irəli sürdüyü xarici siyasət kursunu yeni dövrün tələblərinə uyğun zənginləşdirmişdir. Azərbaycanın beynəlxalq arenada nüfuzunun daha da yüksəlməsinə, müstəqil siyasət yeritməklə milli maraqlarının maksimum səviyyədə qorunmasına nail olmuşdur.

Dünya siyasətini istiqamətləndirən böyük dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlığı genişləndirmək, beynəlxalq ictimaiyyətdə respublikamızda həyata keçirilən mütərəqqi iqtisadi, siyasi, hüquqi islahatlar barədə dolğun təsəvvür yaratmaq, xaricdə güclü diaspor və lobbi formalaşdırmaq dövlət başçısı İlham Əliyevin xarici siyasətinin əsas istiqamətləridir.

Azərbaycanın nəinki qonşu, ümumən dünyada əsas söz sahibi olan bütün ölkələrlə əlaqələrini son illərdə daha da inkişaf etdirməyə nail olması, regionda sülh, sabitlikiqtisadi əməkdaşlıq təşəbbüslərini fəal şəkildə dəstəkləməsi fonunda BMT-dəki tarixi qələbəmiz də tamamilə məntiqə uyğundur. Erməni lobbisinin, təcavüzkar Ermənistanın Azərbaycana qarşı apardığı məkrli informasiya siyasəti şəraitində 193 BMT üzvündən 155-nin birbaşa dəstəyinə nail olmaq respublikamızın xarici siyasətinin ümumi mahiyyəti barədə tamamilə dolğun təəssürat yaradır. Sivil dünyanın hüquqi-siyasi atmosferinin müəyyənləşməsində mühüm rolu olan Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməyimiz bütövlükdə müasir tariximizin ən əlamətdar, qürur doğuran hadisələrindən biri kimi yadda qalacaqdır. Bu möhtəşəm hadisə, ilk növbədə, rəsmi Bakının son dərəcə sabituğurlu, eyni zamanda, sivil beynəlxalq dinc yanaşı yaşam normalarına əsaslanan tarazlı xarici siyasət yürütdüyünü bir daha təsdiqləməklə yanaşı, müstəqil Azərbaycanın beynəlxalq miqyasda artan nüfuzunun parlaq təcəssümü kimi dəyərləndirilə bilər.

Azərbaycan 2012-ci ilin mayında Təhlükəsizlik Şurasına sədrliyi müddətində beynəlxalq sülhün və təhlükəsizliyin təmin olunması məsələsində uğurlu fəaliyyət göstərmişdir. Məlumat üçün qeyd edək ki, BMT Nizamnaməsinin 23-cü maddəsinə əsasən, Təhlükəsizlik Şurası 5 daimi (Çin, Rusiya, ABŞ, FransaBöyük Britaniya) və 10 qeyri-daimi üzvdən ibarətdir. Qeyri-daimi üzvlərin seçimində seçkiyə qoşulan ölkələrin beynəlxalq sülhün, təhlükəsizliyin qorunmasına və BMT-nin digər məqsədlərinə nail olunmasına dəstəyi nəzərə alınır. Ölkələrin beynəlxalq münasibətlər sistemində yerirolu, sülhün və təhlükəsizliyin qorunmasına töhfəsi həlledici faktorlar kimi götürülür. Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv olması ölkəmiz qarşısında böyük imkanlar açmışdır. Azərbaycan 2013-cü ilin sentyabrında da BMT Təhlükəsizlik Şurasına sədrlik edəcəkdir.

Nizamnamənin 7-ci bölümünə əsasən, TŞ sülhə təhlükə, sülhün pozulması və təcavüz halları ilə bağlı tövsiyələr irəli sürür, tərəflərdən müvəqqəti tədbirlərin yerinə yetirilməsini tələb edir, tamya qismən iqtisadi  sanksiyaların tətbiq eilməsi, bütün növ əlaqələrin dayandırılması, diplomatik əlaqələrin kəsilməsi ilə bağlı üzv dövlətlər qarşısında məsələ qaldırır. 42-ci maddəyə əsasən tətbiq edilmiş sanksiyalar istənilən nəticəni vermədikdə TŞ-nin qərarı ilə güc tətbiq edilməsi barədə qərar qəbul edilə bilər. 45-ci maddəyə görə, regional razılaşmaların yerinə yetirilməsi üçün TŞ-yə məcburetmə imkanları verilir. BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilən Azərbaycan təşkilatın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi qərarların icrası istiqamətində fəal aparmaq, təcavüzkara qarşı daha təsirli tədbirlər görmək imkanları əldə etmişdir. Məhz bu məqam Azərbaycanın əldə etdiyi uğurun miqyası və mahiyyəti barədə daha dolğun və aydın təsəvvür formalaşdırır. Prezident İlham Əliyev BMT Təhlükəsizlik Şurasının iclasına sədrliyi zamanı bildirmişdi: "Biz Təhlükəsizlik Şurasına seçildik. Bu gün mən bizə dəstək verən bütün ölkələrə minnətdarlığımı bildirmək istəyirəm. Seçilmək üçün biz 16 turdan keçməli olduq. Çox güclü rəqiblərimiz var idi. Bu, güclü, lakin ədalətli rəqabət oldu. 155 ölkənin dəstəyini almaqdan qürur hissi duyuruq. Mən bizə səs vermiş bütün tərəflərə bir daha təşəkkürümü bildirmək istəyirəm. Bu dostluq, dəstək, eləcə də ölkə daxilində və qlobal səviyyədə gördüymüz işlərə verilən qiymətin rəmizidir. Bu, həmçinin böyük məsuliyyətdir. Gələn iki il ərzində biz bu məsuliyyəti Təhlükəsizlik Şurasındakı tərəfdaşlarımızla birgə bölüşəcəyik. Sizi əmin edə bilərəm ki, Azərbaycan Təhlükəsizlik Şurasının fəal və konstruktiv üzvü olacaqdır. Seçildiymiz zaman mən bəyanat verərək xalqımızı təbrik etdimbildirdim ki, Azərbaycan Təhlükəsizlik Şurasında ədalət və beynəlxalq  hüququ müdafiə edəcəkdir. Bir daha sizi, dostlarımızı əmin etmək istəyirəm ki, biz bu prinsiplərə sadiqik, sülh və beynəlxalq əməkdaşlığa, sabitlikinkişafa töhfə vermək üçün əlimizdən gələni edəcəyik".

Azərbaycan BMT Təhlükəsizlik Şurasına sədrliyi müddətində qurumun 13 açıq və 16 qapalı iclası keçirilib. Açıq iclaslara BMT-nin Kosovodakı Müvəqqəti İdarəetmə Missiyası, BosniyaHerseqovina, Qvineya-Bisau, Liviya, Somali, Yaxın Şərq, Yəmən, BMT Təhlükəsizlik Şurasının terrorçuluqla mübarizə üzrə üç yardımçı komitəsinin məruzələri və TŞ üzvlərinin Qərbi Afrikaya səfəri ilə bağlı görüşlər daxildir.

Qapalı iclaslar isə şuranın may ayı üçün gündəliyinin qəbul edilməsi, Qvineya-Bisau, BMT-nin Suriyada Nəzarət Missiyası, Livan, Liviya, BMT-nin Qərbi Afrika üzrə ofisi, Somali, Sudan və Cənubi Sudan, TŞ-nin 1718 saylı qətnaməsi əsasında təsis edilmiş komitənin hesabatı, Əfqanıstanda humanitar vəziyyət, şura üzvlərinin Qərbi Afrikaya səfəri, Yaxın Şərq və Yəmənlə bağlı məsələlər olub.

Azərbaycanın TŞ-yə sədrliyi dövründə üç qətnamə qəbul olunub. Bunlar Sudan və Cənubi Sudanla bağlı 2046 saylı, BMT-nin Abyeydəki Müvəqqəti Təhlükəsizlik Qüvvələrinin mandatının uzadılmasına dair 2047 saylı və Qvineya-Bisauda hərbi çevrilişlə əlaqədar 2048 saylı qətnamələrdir.

Ötən müddət ərzində qurumda dünyanın bir sıra ölkələrində beynəlxalq sülhə və təhlükəsizliyə qarşı yaranmış təhdidlərlə bağlı yeddi bəyanat qəbul edilib. May ayı ərzində ən vacib tədbirlərdən biri kimi BMT TŞ üzvlərinin Qərbi Afrika bölgəsinə - Liberiya, Fil Dişi Sahili və Syerra-Leoneyə səfərini göstərmək olar. Bu səfərin məqsədi həmin ölkələrdə siyasi, təhlükəsizlik və humanitar vəziyyətlə tanış olmaq, onların yüksək rəsmiləri və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşmək olub. Səfər zamanı BMT-nin Qərbi Afrikada sülhməramlı missiyalarının gələcəyi, qaçqınlar, narkotik qaçaqmalçılığı və digər sərhədlərarası təhdidlər, habelə bir sıra daxili sosial-iqtisadi məsələlər müzakirə edilib.

Azərbaycanın sədrliyi zamanı BMT TŞ-nin "Yaxın Şərq və Şimali Afrika: yeni siyasi reallıqlar" mövzusunda İstanbulda keçirilmiş üçüncü ənənəvi illik səfər-görüşünü də qeyd etmək lazımdır. Ölkəmizin quruma sədrliyinin sonunda isə "Mübahisələrin dinc yolla həlli, münaqişələrin qarşısının alınması və həlli: vasitəçilik, hüquqi həll və ədalət" mövzusunda qeyri-rəsmi müzakirələr təşkil edilib. Müzakirələrdə münaqişə nəticəsində ölkəmizin üzləşdiyi problemlərə geniş yer ayrılıb.

Azərbaycan BMT Təhlükəsizlik Şurasına sədrliyi dövründə bu qurumun fəaliyyət gündəliyini müəyyən etməklə dünyadakı hadisələrlə bağlı qərar qəbuletmə prosesinin fəal iştirakçısına çevrildi. Aparılan uğurlu siyasət deməyə əsas verir ki, Azərbaycan ərazi bütövlüyüsuverenliyinin bərpasında, təcavüzkarın yerində oturdulmasında BMT-nin geniş imkanlarını hərəkətə gətirə biləcəkdir.

 

 

Elnur HACALIYEV

 

Azərbaycan.- 2012.- 13 iyun.- S. 1.