Azərbaycan ilə ATƏT arasında əməkdaşlığın 20 ili tamam olur

 

 ATƏT-in fəaliyyətdə olan sədri Eymon Gilmorun rəhbərlik etdiyi nümayəndə heyəti iyunun 14-də Azərbaycanın Baş naziri Artur Rasizadə ilə görüşmüşdür.

Görüşdə Baş nazir Artur Rasizadə bu il  Azərbaycan ilə ATƏT arasında əməkdaşlığın iyirmi ilinin tamam olduğunu diqqətə çatdırmışdır.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Baş nazir qeyd etmişdir ki, Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizi hələ də işğal altındadır. Artur Rasizadə bu səfərin münaqişənin həlli istiqamətində müəyyən rol oynayacağına ümidvar olduğunu bildirmişdir.

Azərbaycan ilə ATƏT arasında əməkdaşlığın iyirmi illiyinin qeyd edildiyini vurğulayan Eymon Gilmor ölkəmizdəki iqtisadi inkişafın onları sevindirdiyini diqqətə çatdırmışdır. ATƏT-in fəaliyyətdə olan sədri Bakıda keçirilmiş 57-ci "Eurovision" mahnı müsabiqəsinin yüksək səviyyədə təşkil olunduğunu da qeyd etmişdir.

Sonra tərəflər bir çox məsələlər ətrafında fikir mübadiləsi aparmışlar.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 15 iyun.- S. 1.