Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

 Zati-aliləri! 

 

Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə təbriklərimi qəbul edin. Zati-aliləri, Sizə cansağlığı və müvəffəqiyyət, ölkənizə tərəqqi arzulayıram.

Bu xoş fürsətdən istifadə edərək bildirirəm ki, Bolqarıstan Azərbaycan ilə əməkdaşlığın bundan sonra da inkişafında maraqlıdır.

Əminəm ki, biz Sizinlə birlikdə buna nail olacaq, ölkələrimiz arasında  böyük potensialı və qarşılıqlı faydalı  əməkdaşlığı birgə səylərlə həyata keçirəcəyik.

Zati-aliləri, Sizə böyük ehtiram bəslədiyimə əmin ola bilərsiniz.

 

 

Rosen PLEVNELİYEV,

Bolqarıstan Respublikasının Prezidenti

 

Azərbaycan.- 2012.- 2 iyun.- S. 1.