Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları Rusiya Federasiyasında beynəlxalq konfransda iştirak etmişlər

 

Rusiya Federasiyasının Oryol şəhərində həmin ölkənin İstintaq Komitəsinin təşkilatçılığı ilə "Korrupsiyaya qarşı mübarizə" mövzusunda beynəlxalq konfrans keçirilmişdir.

Baş Prokurorluğun mətbuat xidmətindən bildirmişlər ki, Rusiya Federasiyası, Ukrayna, Qazaxıstan, Qırğızıstan və Belarusun prokurorluq orqanlarının, istintaq komitələrinin, Müstəqil Dövlətlər Birliyinin aidiyyəti qurumlarının nümayəndələri və hüquqşünas alimlərin iştirak etdikləri tədbirdə ölkəmizi Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları Əsəd Əliyev və Rasim Musayev təmsil etmişlər.

Ə.Əliyev konfransda çıxış edərək Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlər, o cümlədən yeni qanunların qəbul edilməsi, respublikamızın korrupsiyaya qarşı mübarizə ilə bağlı bir sıra beynəlxalq sənədlərə qoşulması, korrupsiyaya qarşı mübarizə ilə əlaqədar qəbul olunmuş Dövlət Proqramı və Milli Strategiyanın icrası istiqamətində görülmüş tədbirlər, habelə dövlət qurumlarının fəaliyyətində şəffaflığın artırılması barədə konfrans iştirakçılarına ətraflı məlumat vermişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 19 iyun.- S. 7.