2012-ci il aprelin 25-də Varşava şəhərində imzalanmış Azərbaycan Dövlət Teleqraf Agentliyi (AzərTAc) və Polşa Xəbər Agentliyi (PAP) arasında qarşılıqlı xəbər mübadiləsinə dair Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında

 

 Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

 

1. 2012-ci il aprelin 25-də Varşava şəhərində imzalanmış "Azərbaycan Dövlət Teleqraf Agentliyi (AzərTAc) və Polşa Xəbər Agentliyi (PAP) arasında qarşılıqlı xəbər mübadiləsinə dair Anlaşma Memorandumu" təsdiq edilsin.

2. Azərbaycan Dövlət Teleqraf Agentliyi bu fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumunun müddəalarının həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi həmin Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Polşa Respublikası tərəfini xəbərdar etsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 19 iyun 2012-ci il

 

Azərbaycan.- 2012.- 20 iyun.- S. 2.