Yevlaxda dövlət qulluqçularının peşə bayramı qeyd edilmişdir

 

Yevlax şəhərindəki Heydər Əliyev adına meydanda dövlət qulluqçularının peşə bayramı münasibətilə tədbir keçirilmişdir.

AzərTAc xəbər verir ki, rayonun dövlət qulluqçuları ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək düzmüş, xatirəsinə ehtiramlarını bildirmişlər.

Tədbirdə çıxış edənlər dövlət qulluqçularını peşə bayramı münasibətilə təbrik etmiş, son vaxtlar bu sahədə əldə olunmuş nailiyyətlərdən, dövlət qulluqçularının cəmiyyətdəki yerirolundan, onların hüquq və vəzifələrindən söz açmışlar. Ümummilli lider Heydər Əliyevin ixtisaslı kadrların hazırlanmasına, o cümlədən dövlət idarəçiliyində yüksəkixtisaslı, vicdanlı kadrların önə çəkilməsinə xüsusi diqqətlə yanaşdığını bildirən natiqlər bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulamışlar.

Tədbirin sonunda dövlət qulluğunda səmərəli fəaliyyətinə, rayonun ictimai-siyasi həyatında fəal mövqeyinə görə bir qrup dövlət qulluqçusuna şəhər icra hakimiyyətinin fəxri fərmanları və hədiyyələr təqdim edilmişdir.

 

 

Azərbaycan.- 2012.- 23 iyun.- S. 5.