Naxçıvan Dövlət Universitetinin saytının təqdimatı olmuşdur

 

Naxçıvan Dövlət Universitetində (NDU) ali məktəbin yenilənmiş rəsmi internet səhifəsinin təqdimat mərasimi keçirilmişdir. www.ndu.edu.az internet səhifəsi universitetin informasiya-kommunikasiya texnologiyaları (İKT) şöbəsi və "MEQA" MMC şirkəti tərəfindən hazırlanmışdır.

AzərTAc xəbər verir ki, bu münasibətlə təşkil olunan tədbirdə universitetin rektoru, Milli Məclisin deputatı, akademik İsa Həbibbəyli müasir dünyamızda informasiya-kommunikasiya texnologiyalarının əvəzolunmaz rolundan, ali məktəbdə bu sahədə həyata keçirilən layihələrdən danışmışdır.

İ.Həbibbəyli demişdir ki, ali təhsil ocağında müasir İKT uğurla tətbiq olunur, universitetin bütün struktur bölmələri müasir kompyuterlərlə təchiz olunmuşburada tələbələr yüksək keyfiyyətli internet şəbəkəsindən faydalanırlar ki, bu da tədrisin keyfiyyətini daha da artırır. NDU-da təşkil olunan videokonfranslar  universitetin dünyanın aparıcı təhsil müəssisələri ilə inteqrasiya olunması prosesinin uğurla həyata keçirilməsinə xidmət edir.

NDU-nun informasiya-kommunikasiya texnologiyaları şöbəsinin müdiri Xaliq Babayev sayt haqqında məlumat verərək bildirmişdir ki, burada məlumatlar Azərbaycan, ingilisrus dillərində yerləşdirilmişdir. Saytda universitetin tarixi, struktur bölmələri, mərkəzləri, muzeyləri, tələbə təşkilatları, elmi kitabxanası, elektron kataloq sistemi, elm və təhsil, sosial-mədəni mühitdə baş verən yeniliklər haqqında məlumatlar əldə etmək mümkündür.

 

 

Azərbaycan.- 2012.- 23 iyun.- S. 10.