Argentina Milli Konqresinin Deputatlar Palatasında Azərbaycan ilə dostluq qrupunun yeni tərkibi təsdiq edilmişdir

 

Argentina Milli Konqresinin Deputatlar Palatasında fəaliyyət göstərən Azərbaycan ilə dostluq qrupunun yeni tərkibi təsdiq edilmişdir.

Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, Argentinanın vitse-prezidenti, Senatın sədri Amado Boudou tərəfindən imzalanmış sərəncama əsasən, 13 senatorun daxil olduğu dostluq qrupuna "Frente para la Victoria" (Qələbə cəbhəsi) iqtidaryönlü siyasi blokunun deputatları Daniel Filmus, Valter Barrionuevo, Anibal Fernandez, Ruperto Godoy, Fabio Biancalani, "Union Civic Radical" (Vətəndaş Radikal Birliyi) siyasi blokunun deputatları Juan Carlos Marino, Pablo Verani, Arturo Vera, "8 de octubre" (8 Oktyabr) siyasi blokunun deputatı Juan Carlos Romero, "Produccion y Trabajo" (İstehsal və Əmək) siyasi blokunun deputatı Roberto Basualdo, "Justicialista La Pampa" siyasi blokunun deputatı Maria Higonet, "Partido Liberal de Corrientes" (Korrientes Liberal Partiyası) siyasi blokunun deputatı Josefina Meabe, "Frente de Todos" (Hamının Cəbhəsi) siyasi blokunun deputatı Jose Maria Roldan daxildirlər.

Yaxın günlərdə dostluq qrupunun yeni tərkibdə ilk iclasının keçiriləcəyi gözlənilir. İclasda qrupun yeni sədri, sədr müavinikatibi seçiləcəkdir.

 

 

Azərbaycan.- 2012.- 26 iyun.- S. 5.