Ramiz MEHDİYEV: Rus icması Azərbaycan ilə Rusiya arasında münasibətlərdə real əlaqələndirici vəsilədir

 

 Hazırda Azərbaycanda Cənubi Qafqazda ən çoxsaylı rus diasporu yaşayır. Rus icması Azərbaycan ilə Rusiya arasında real əlaqələndirici vəsilədir.

Bu sözləri Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyev iyunun 28-də "Rusiya-Azərbaycan dialoqu-2012" üçüncü Rusiya-Azərbaycan regionlararası forumundakı nitqində söyləmişdir.

Ramiz Mehdiyev əlavə etmişdir ki, 20 ümumtəhsil məktəbində təhsil rus dilindədir, Bakıda rus dili mütəxəssisləri hazırlayan böyük mərkəz - Slavyan UniversitetiM.V.Lomonosov adına Moskva Dövlət Universitetinin filialı fəaliyyət göstərir. Bundan əlavə, Azərbaycanda rus dilində 50-dən çox qəzet və jurnal nəşr edilir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 29 iyun.- S. 4.