Keçmiş Yuqoslaviya Respublikası Makedoniyanın Prezidenti Beynəlxalq Muğam Mərkəzi ilə tanış olmuşdur

 

 Keçmiş Yuqoslaviya Respublikası Makedoniyanın Prezidenti George İvanov və xanımı Maya İvanova iyunun 28-də Dənizkənarı Milli Parkda yerləşən Beynəlxalq Muğam Mərkəzi ilə tanış olmuşlar.

Məlumat verilmişdir ki, Heydər Əliyev Fondunun milli-mənəvi dəyərlərimizin qorunması və dünyada geniş təbliği ilə bağlı reallaşdırdığı layihələr sırasında xüsusi əhəmiyyəti olan bu mərkəzin inşası fondun prezidenti, UNESCO-nunİSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilmişdir. 2005-ci il aprelin 6-da Prezident İlham Əliyev Bakıda Beynəlxalq Muğam Mərkəzinin yaradılması haqqında sərəncam imzalamışdır. Azərbaycan muğamının bəşər mədəniyyətinin nadir inciləri ilə bir sırada UNESCO-nun Dünya Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilməsi onun nə dərəcədə bənzərsiz sənət növü olduğunu bir daha təsdiqləyir.

Mərkəz ilə yaxından tanış olan ali qonaq burada Azərbaycanın görkəmli muğam ifaçılarının büstlərinə baxmışdır.

Ali qonaq gənc muğam ifaçılarının çıxışlarını maraqla dinləmişdir.

Sonda keçmiş Yuqoslaviya Respublikası Makedoniyanın Prezidentinə hədiyyə təqdim olunmuşdur.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 29 iyun.- S. 7.