Şəki Apelyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında

 

Azərbaycan Respublikası Milli Məclisinin Qərarı

 

Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 10-cu bəndinə, 132-ci maddəsinin II hissəsinə, "Məhkəmələr hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun 94-cü maddəsinin ikinci hissəsinə 96-cı maddəsinə  uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

 

1. Aşağıdakı şəxslər Şəki Apelyasiya Məhkəməsinin hakimləri təyin edilsinlər:

 

Hüseynov Elçin Şirin oğlu,

 

Qasımov Vidadi Kamal oğlu,

 

Səlimov Hümbət Qamuna oğlu.

 

2. Bu qərar 2012-ci il iyulun 28-dən qüvvəyə minir.

 

 

O.ƏSƏDOV,

Azərbaycan Respublikası Milli Məclisinin Sədri

Bakı şəhəri, 29 iyun 2012-ci il

 

Azərbaycan.- 2012.- 30 iyun.- S. 6.