Macarıstanın Baş naziri Viktor Orban Azərbaycana rəsmi səfərə gəlmişdir

 

 Macarıstanın Baş naziri Viktor Orban Bakıda keçirilən Krans Montana Forumunda iştirak etmək üçün iyunun 29-da Azərbaycan Respublikasına rəsmi səfərə gəlmişdir.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Macarıstan hökuməti başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Hava limanında Macarıstanın Baş naziri Viktor Orbanı Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşıladılar.

Macarıstanın və Azərbaycanın dövlət himnləri səsləndirildi.

Sonra Beynəlxalq Aeroportun ali qonaqlar üçün salonunda Viktor Orban və Yaqub Eyyubov arasında qısa protokol söhbəti oldu.

Baş nazir Viktor Orban hava limanından onun üçün ayrılmış iqamətgaha yola düşdü.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 30 iyun.- S. 7.