Fransa senatının üzvü Natali Qule: Bizim türk dostlarımız həqiqi dostlarının kim olduğunu gördülər

 

 Fransa Senatının üzvü Natali Qule ölkəsinin Konstitusiya Şurasının qondarma "erməni soyqırımı"nı inkar edənlərin cinayət məsuliyyətinə cəlb olunmasını nəzərdə tutan qanunu ləğv etməsini alqışlamışdır.

N.Qule demişdir: "Konstitusiya Şurası Fransa Senatının qanuna qarşı çıxan və onun ləğv edilməsi ilə bağlı müraciəti imzalayan bir qrup üzvünün arqumentlərini qəbul etmiş və düzgün qərar vermişdir. Bu, peşəkar hüquqşünasların fikirlərinə məhəl qoymayan və parlamenti bir alət kimi istifadə etməyə çalışan Fransa prezidenti üçün məğlubiyyətdir".

N.Qule Senatın Hüquq Komitəsinin sədri Jan-Pyer Suörü qanunun ləğvini dəstəklədiyinə görə təbrik etmişdir. Xanım senator, həmçinin demişdir: "Bizim türk dostlarımız həqiqi dostlarının kim olduğunu gördülər".

 

 

 AzərTAc

 

Azərbaycan.- 2012.- 3 mart.- S. 6.