Zati-aliləri cənab Vladimir Putinə

 

Hörmətli Vladimir Vladimiroviç!

 

Rusiya Federasiyasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə səmimi təbriklərimi qəbul edin.

Sizin seçkilərdə qələbəniz rusiyalıların Sizə və Sizin ölkədə siyasisosial sabitliyin, iqtisadi artımın təmin edilməsinə, demokratik təsisatların daha da inkişaf etməsinə, qanunçuluğunhüquqi qaydanın möhkəmlənməsinə, cəmiyyətin həyatında mənəvi, əxlaqi dəyər və normaların müdafiəsinə yönəlmiş proqramınıza yüksək etimad göstərmələrinə dəlalət edir.

Ölkələrimiz arasında çoxəsrlik xoş ənənələrə əsaslanan dostluq, mehriban qonşuluq münasibətləri bu gün hərtərəfli və dinamik inkişaf edir. Əminəm ki, bizim birgə səylərimiz sayəsində Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dövlətlərarası qarşılıqlı fəaliyyət, strateji tərəfdaşlıq xalqlarımızın rifahı, regionda sülh, sabitlik və təhlükəsizlik naminə daha da möhkəmlənəcək və genişlənəcəkdir.

Əziz Vladimir Vladimiroviç, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və firavanlıq arzulayıram. Dost Rusiyanın tərəqqisi naminə dövləti fəaliyyətinizdə Sizə böyük uğurlar diləyirəm!

 

Dərin hörmətlə,

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 5 mart 2012-ci il

 

Azərbaycan.- 2012.- 6 mart.- S. 1.