Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi Əli Əhmədov Ukraynanın Azərbaycandakı səfiri ilə görüşmüşdür

 

Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov martın 5-də Ukraynanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Aleksandr Mişenko ilə partiyanın mənzil qərargahında görüşmüşdür.

YAP-ın mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə Azərbaycan ilə Ukrayna arasındakı qarşılıqlı əməkdaşlıq münasibətlərinin mövcud durumu və inkişaf perspektivləri barədə geniş fikir mübadiləsi aparılmışdır. Qeyd olunmuşdur ki, ölkələrimiz arasında strateji əməkdaşlıq münasibətləri bundan sonra da inkişaf edəcəkdir.

Görüşdə YAP icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı  iştirak etmişdir.

 

 

Azərbaycan.- 2012.- 6 mart.- S. 5.